Yeniyetməlik və gənclik dövründə din
Abstrak
Yeniyetməlik və gənclik dövrü öz xüsusiyyətlərinə görə insan həyatının digər yaş dövrlərindən xeyli fərqlənir. Həmçinin yeniyetmə və gənclərin dini düşüncə və davranışlarında da fərqliliklər mövcuddur. Bu məqalədə yeniyetmə və gənclərdə dini düşüncə və davranışlar qeyd olunmuşdur. Məqalədə islami aspektdə yeniyetmə və gənclərin dini düşüncə və davranışları da tədqiq olunmuşdur. Məqalənin ilk hissəsində yeniyetmə və gənclik dövrlərinə xas olan psixi hallar təhlil olunur. Nəticədə, yeniyetmə və gənclərin çox həssaslıqla, şahidi olduqları hadisələrə hissi yanaşdıqları qeyd edilir. Bu dövrdə zehnin inkişaf etməsi nəticəsində yeniyetmələrin mücərrəd mövzular haqqında tez-tez düşündüyü, təhlil etdiyi və təqlidçilikdən uzaqlaşdıqları bildirilir. Məqalənin ikinci hissəsində yeniyetmələrin və gənclərin dini düşüncə və davranışlarından bəhs edilir. Nəticədə, yeniyetmələrin dini mövzularda dərindən düşündüyü, təhlil etdiyi və uşaqlıq dövründəki təqlidçilikdən tamamilə uzaqlaşdığı bildirilir. Həmçinin yeniyetmənin uşaqlıq dövründəki antropomorfik Allah düşüncəsində olmadığı, hər şeydən münəzzəh, bənzəri və şəriki olmayan Allah düşüncəsinə sahibliyi vurğulanır. Bu dövrün digər xüsusiyyəti dini mövzularda şübhəyə düşməsi və uşaqlıq çağında təqlidi şəkildə qəbul edilən, dini düşüncələrin yenidən təhlil olunması bildirilir. Yeniyetməlik dövrünün digər xüsusiyyəti olaraq tövbə, peşmançılıq və dinəqayıdış vurğulanır. Məqalənin üçüncü hissəsində islami baxımdan yeniyetmə və gənclərin dini düşüncə və davranışları təhlil olunur. Gənclik dövründəki dini düşüncələr İslamın əsas mənbələri olan Qurani-Kərim və hədislərdən nümunələrlə açıqlanmışdır. Nəticədə, islami mənbələrə görə gənclərin dini mövzularda çox həssas və meyilli olduqları vurğulanır, gənclər dini mövzularda izah axtardıqlarından, onlara dini mövzuların düzgün qaydada çatdırılması bildirilir.
Topik & Kata Kunci
Penulis (1)
Elvin Rəcəbov
Akses Cepat
PDF tidak tersedia langsung
Cek di sumber asli →- Tahun Terbit
- 2019
- Sumber Database
- DOAJ
- Akses
- Open Access ✓