DOAJ Open Access 2019

Qloballaşan dünyada mədəniyyətlərarası dialoq və tolerantlıq

Sahibə Əliyeva

Abstrak

Məqalədə müasir dövrün ən qlobal məsələlərindən biri dünya xalqlarını biraraya yığan, özündə milli və bəşəri xüsusiyyətləri birləşdirən mədəniyyətlərarası dialoqların keçirilməsinin vacibliyi qeyd olunmuş, ümumdünyamədəniyyətlərarası dialoqların nəzəri və praktiki tərəfləri tədqiq olunmuşdur.Multikulturalizm dəyərlərini təbliğ edən Azərbaycan dünya xalqlarına örnəkolacaq bir mədəniyyət nümayiş etdirir. Məqalədə multikulturalizmin Azərbaycan modeli təbliğ olunur. Məqalənin yazılması, bir tərəfdən, Avropada tügyanedən irqi, milli ayrı-seçkiliklə bağlı nümayiş və mitinqlərin baş qaldırması,milli igtişaşların güclənməsi, Qərb ölkələrində islamofobiya kabusunun artması, Qərb-Şərq münaqişəsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi,ATƏT-in qərar və göstərişləri, beynəlxalq konvensiyaları imzalayan Qərbdəmultikultural dəyərlərin iflası, miqrant böhranı, miqrantların qarşılaşdığıböhranlı vəziyyət, digər tərəfdən, Şərqdə irimiqyaslı müharibələrin genişlənməsi fonunda ölkə əhalisinin Avropaya miqrasiya etməsi, Şərq ölkələrinin miqrant axınına olan münasibəti, Şərqdə, xüsusən də müstəqil Azərbaycan Dövlətinin “azərbaycanlı” adlandırdığı etnik, milli qruplara olan münasibət, azsaylıxalqların yaşaması və fəaliyyəti üçün dövlət səviyyəli tədbirlərin keçirilməsikimi əhəmiyyətli məsələlər öz əksini tapmışdır.Məqaləni işləyən zaman milli-etnik proseslər, etnogenez problemi,müxtəlif dövlətlərin tərkibində yaşayan milli azlıqların və azsaylı xalqlarıninkişafının sosial dinamikliyi, bu prosesləri tənzimləyən ümumdünya əhəmiyyətli siyasi-hüquqi sazişlər, konvensiyalar, aktlar və bu çərçivədə öhdəliklərgötürən müstəqil Azərbaycanın həyata keçirdiyi islahatlar və onların əməlinəticələri əks olunmuşdur. Müstəqillik qazandıqdan sonra, AzərbaycanDövlətinin dövlətçilik strategiyasının ən başlıca məsələsi ümummilli liderHeydər Əliyevin yaratdığı ən böyük əsər Azərbaycançılıq ideologiyasınıntərkib hissəsi olan etnik azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlımüddəaların şərhi öz əksini tapmış, Böyük multikultural dəyərlər nümayiş etdirən Azərbaycan Dövlətinin bütün dünya üçün nümunə olan “Bakı prosesi”nin mahiyyəti, dünya üçün dözümlülüyün bir modeli olaraq, “Bakı Multikulturalizm Mərkəzi”nin yaranması, mədəniyyətlər və dinlərarası dialoqların keçirilməsi, onların beynəlxalq əhəmiyyəti kimi vacib məsələlər qeyd olunur.

Penulis (1)

S

Sahibə Əliyeva

Format Sitasi

Əliyeva, S. (2019). Qloballaşan dünyada mədəniyyətlərarası dialoq və tolerantlıq. https://journal.ait.edu.az/daj/article/view/46

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
Akses
Open Access ✓