Hədis elmində şərh ədəbiyyatı (məzmunu, yaranma səbəbləri və növləri)
Abstrak
Hədislər İslam dininin Qurani-Kərimdən sonra ikinci əsas mənbəyidir. Qurani-Kərimin əmrlərini doğru anlamaq və İslamı düzgün başa düşmək üçün hədislərə olan ehtiyac danılmazdır. Bu əhəmiyyətinə görə Həzrət. Peyğəmbərin dövründən etibarən, hədislərin düzgün başa düşülməsi üçün təqdirəlayiq işlər həyata keçirilmişdir. Şərh çalışmaları da məhz bu ehtiyac nəticəsində ortaya çıxmışdır. İslam dininin müxtəlif sahələrində şərh çalışmalarına təsadüf etmək mümkündür. Bu məqalədə hədis sahəsindəki şərh çalışmaları və onun meydana gəlmə mərhələləri barəsində məlumat verilmişdir. Hədis sahəsindəki şərh çalışmaları ilk dövrlərdə müxtəlif leksik izahlar şəklində öz əksini tapmışdır. Bu əsərlər “Qəribül-hədis” adlandırılmışdır. Hədis ədəbiyyatında rəvayətlərin toplanıb təsnifləndirmə mərhələsi IV əsrdən etibarən artıq qələmə alınmağa başlanmışdır. Şərh çalışmaları əsasən,İmam Malikin “Müvvəttə” və hədis ədəbiyyatında “Kütübi-sittə” olaraq qəbul edilən əsərlərin üzərinə yazılmışdır. Əsas predmeti hədis olan şərh çalışmalarının ortaya çıxma səbəblərinə nəzər yetirdikdə, alimlərin bu çalışmaları cəmiyyətin ehtiyacına cavab vermək, hədislərdən hökm çıxarmaq, Quran hökmlərinin düzgün başa düşülməsi üçün yol göstərmək, rəvayətlərdəki müşkülləri (qeyri-müəyyənlikləri) bəyan etmək və hədisləri məkirli insanların şübhə toxumlarından müdafiə etmək üçün qələmə aldığını görürük. Qələmə alınan şərhlərin ümumi məzmunu tədqiq olunduqda, əsasən, bu məqamların təmas edildiyi müşahidə olunur: hədisin məzmunu ilə əlaqəsi varsa ayəni qeyd etmək; mövzu ətrafındakı digər rəvayətləri nəzərə almaq; hədislə əlaqəli səbəbi-vürudu (söylənmə səbəbi) qeyd etmək, əqidə və fiqhə dair hökm çıxarmaq; zahirən bir-birinə zidd görünən rəvayətləri elmi əsaslarla izah etmək; rəvayətlərdəki nüsxə fərqliliyinə təmas etmək; məzhəb görüşlərini vurğulamaq və s. Hədisləri düzgün başa düşmək üçün müsəlmanlar tərəfindən həyata keçirilən müxtəlif çalışmalar Həzrət Peyğəmbər dövründən başlamış və buna olan ehtiyac hər zaman öz aktuallığını qorumuşdur. Cəmiyyətdəki dəyişikliklər və insanların elmi durumu bu ehtiyaca təkan vermişdir. Odur ki, hədislər zamanın tələbləri əsasında əsas məzmundan uzaqlaşmadan hər dövrdə yenidən şərh edilməlidir. Həmçinin əsas məqsəddən uzaqlaşmamaq üçün hədisləri şərhlər əsasında mütaliə etmək böyük əhəmiyyət kəsb edir.
Topik & Kata Kunci
Penulis (1)
Rüfət Şirinov
Akses Cepat
PDF tidak tersedia langsung
Cek di sumber asli →- Tahun Terbit
- 2019
- Sumber Database
- DOAJ
- Akses
- Open Access ✓