Azərbaycan Respublikasında bioetikanın inkişafı problemləri
Abstrak
Bioetika fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil edən elm sahəsidir.Onun formalaşması və inkişafı ümumilikdə ənənəvi etikanın və əlahiddə olaraqtibbi etikanın transformasiyası ilə sıx əlaqəlidir. Bioetikaya olan maraq, hərşeydən əvvəl, müasir cəmiyyətdə insan hüquqlarına, yeni texnologiyaların vətibbi vasitələrin insanlar üzərində sınanmasına yönəlmiş qlobal ictimai marağıngöstəricisidir ki, bu da özlüyündə ciddi hüquqi və mənəvi tənzimlənmə tələbedən bir sıra problemlər əmələ gətirmişdir.Bu gün müasir bioetika bir-biri ilə sıx əlaqədə olan bəzi fəaliyyət sahələriniəhatə edir. Hər şeydən əvvəl, bioetika biotibbi sahədə elmi-texniki inkişafınsəbəb və nəticələrini araşdıran fənlərarası tədqiqatlar sistemidir. Hazırkı dövrdəbəşəriyyət qarşısında qaldırılan problemlərin həlli ilə həkimlər, bioloqlar,filosoflar, ilahiyyatçılar, hüquqşünaslar, psixoloqlar, politoloqlar və digərixtisas sahibləri məşğul olurlar. İkincisi, akademik araşdırmalar və təhsilsistemidir. Günümüzdə dünyanın bir çox ölkələrində Bioetika fənni kursşəklində uşaq bağçalarında, məktəb və liseylərdə, universitetlərin tibbi, bioloji,fəlsəfə, hüquq, ilahiyyat və digər fakültələrində tədris olunur. Üçüncüsü,bioetika geniş inkişaf edən ictimai dəyərlər institutudur. Buraya BMT,UNESKO, İSESCO, Avropa Şurası, Dünya Səhiyyə Təşkilatı və s. kimibeynəlxalq qurumlar, dövlət və ictimai strukturlara aid milli təşkilatlar, regionalvə lokal xarakterli etika komitələri daxildir.Azərbaycanda bioetikaya münasibət ölkəmiz dövlət müstəqilliyini yenidənbərpa etdikdən sonra, yəni keçən əsrin 90-cı illərindən etibarən formalaşmağabaşlamışdır. Bioetikanın Azərbaycanda inkişafına dəstək verən beynəlxalqqurum UNESKO-dur. Bioetika sahəsində etik və hüquqi normaların hazırlanması, elmi tədqiqatların və araşdırmaların aparılmasında Azərbaycan digərölkələrə nisbətən bir qədər geridədir. Belə ki, xəstə hüquqları, məlumatlandırılmış razılıq, ölüm hallarının araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri sahələrində ölkəmizdə hələ də heç bir ciddi elmi araşdırma və yaxud tədqiqat aparılmamışdır. Eyni zaman da, Azərbaycanda bioetika sahəsinə yönələn ictimai, siyasi və elmi fəaliyyətlər sırasına dini aspektləri əlavə etmək unudulmuşdur, halbuki bir sıra bioetik problemlər bilavasitə dini və milli-mənəvi dəyərlərin nəzərə alınmamasından irəli gəlir.
Topik & Kata Kunci
Penulis (1)
Qəmər Cavadlı
Akses Cepat
PDF tidak tersedia langsung
Cek di sumber asli →- Tahun Terbit
- 2019
- Sumber Database
- DOAJ
- Akses
- Open Access ✓