DOAJ Open Access 2019

Azərbaycan ədəbiyyatında milli dirəniş meyilləri

Tənzilə Rüstəmxanlı

Abstrak

Azərbaycan ictimai-siyasi, ədəbi-nəzəri və bədii estetik fikri rus dilindən və Rusiyanın tərkibində Avropaya yaxınlaşmaq imkanından bəhrələnib, Qərbin mütərəqqi ideallarını cəmiyyətə gətirə bilirdi. Halbuki Rusiya həmin dövrdə öz müstəmləkəsini tarixi köklərdən ayırmaq üçün bütün imkanlarından istifadə edirdi. Bunun üçün bəzi tarixi faktları nəzərdən keçirmək kifayətdir: XIX əsrin başlanğıcından Şimali Azərbaycanda xalqın müqavimət və dirənişini boğmaqüçün hətta Azərbaycan sözünün dilə gətirilməsi qadağan edilmişdi.             Çarizmin yuxarıda göstərdiyimiz istiqamətlərdə fəaliyyəti birmənalı idi: Rusiya Azərbaycanda öz mövqelərini möhkəmlətmək üçün ilk mərhələdə erməniləri, almanları, polyakları bu torpaqlara köçürür, ümumi xristian müsəlman qarşıdurması yaratmaqla öz maraqlarını təmin etməyə çalışırdı. Rus hökuməti müqavimət və dirənişləri qan içində boğmaqdan çəkinmirdi. Bütün bunlara baxmayaraq, Şimali Azərbaycanın hər bir bölgəsində dalbadal üsyanlar, etirazlar, müqavimət hərəkatları baş alıb gedirdi. Ruslar işğal prosesində nəqədər manevrlərə, hiylə və məkrlərə əl atsalar da, qan və qırğınlardan yaxaqurtara bilmir, döyüş meydanlarında yerli əhali ilə üz-üzə gəlməli olurdu. Rusiya bu zaman beynəlxalq aləmdəki qarmaqarışıq və ziddiyyətli vəziyyətdən istifadə etməyə çalışır, xüsusən, XVIII əsrin II yarısından Rusiya tərəfindən ağır məğlubiyyətlərə düçar olan və 1799-cu il müqaviləsi ilə Cənubi Qafqazda baş verən hadisələrə müdaxilə etmək imkanını itirən Osmanlı İmperiyasının zəifləməsi çarizmin daha da şirnikləşməsinə səbəb olmuşdu.

Penulis (1)

T

Tənzilə Rüstəmxanlı

Format Sitasi

Rüstəmxanlı, T. (2019). Azərbaycan ədəbiyyatında milli dirəniş meyilləri. https://doi.org/10.30546/wy7cn897

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/wy7cn897
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
DOI
10.30546/wy7cn897
Akses
Open Access ✓