DOAJ Open Access 2019

Din motivli zorakı radikalizmin yaranmasına təsir edən psixoloji amillər

Aqil Şirinov

Abstrak

Radikallaşma prosesində, xüsusilə də insanların zorakı radikalizmə yönəlməsində psixoloji amillərin roluna dair elmi ədəbiyyatda yüzlərlə tədqiqat mövcuddur. Bu tədqiqatlarda zorakılığa meyilin insan xarakterində mövcud olub-olmaması, radikallığa meyil edən şəxslərin müştərək psixoloji xarakterə malik olmasının mümkünlüyü, sosial mühitin və ideologiyaların insan şəxsiyyətinə təsiri kimi mövzular müzakirə obyektinə çevrilmişdir. Bu məqalədə ilk olaraq, zorakılığa meylin insan təbiətində mövcud olub-olmamasına dair müxtəlif nəzəriyyələr təhlil olunur və nəticədə insanı zorakılığa sövq edən faktorların tək bir mənbədən bəslənmədiyi qeyd edilir. Zorakılığın yaranmasına təsir edən amillər arasında insanın təbiəti ilə əlaqəli olanlarla yanaşı, uşaqlıq təcrübələri, insanlararası ictimai əlaqələr, eyni zamanda, sərt və radikal dünyagörüşü ilə əlaqəli faktorların olduğu da vurğulanır. Məqalənin ikinci hissəsində dini motivli zorakı radikalizmin psixoloji zəmini müzakirə olunur, nəticədə, radikal qruplara qoşulma prosesinin çoxyönlü bir xarakterə malik olduğu qeyd edilir. Həmçinin radikallaşma prosesini təkcə fərdi psixoloji xüsusiyyətlərlə açıqlamağa çalışan reduksionist nəzəriyyələrin mövzunu tam açıqlaya bilmədiyi vurğulanır. Müəllifə görə, psixoloji baxımdan tək radikal şəxsiyyət tipindən bəhs etmək mümkünsüzdür. Məqalədə qeyri-stabil psixoloji xarakterə malik olan fərdlərin radikallığa qarşı daha həssas olduğu vurğulansa da, radikallaşma və radikal qruplara qoşulma prosesinə psixoloji aspektlə yanaşı, ictimai-siyasi və ideoloji aspektdən də yanaşmağın labüdlüyü qeyd olunur.

Penulis (1)

A

Aqil Şirinov

Format Sitasi

Şirinov, A. (2019). Din motivli zorakı radikalizmin yaranmasına təsir edən psixoloji amillər. https://doi.org/10.30546/rnk21h31

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/rnk21h31
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
DOI
10.30546/rnk21h31
Akses
Open Access ✓