Z.Freydin “Totem və tabu” əsərində dinin mənşəyinə dair görüşlərinin təhlili
Abstrak
Psixoanalizin qurucusu hesab edilən Ziqmund Freyd psixologiya tarixində olduqca böyük izlər qoymuşdur. Z.Freyd insanı tanımaq mənasında əhəmiyyətli dərəcədə hesab olunan təsbitlər etmişdir. Bu məqalədə isə Ziqmund Freydin din haqqında fikirləri, dinin mənşəyi, insan psixologiyası, həmçinin cəmiyyət həyatında dinin daşıdığı mövqeyi təhlil olunmuşdur. Buna görə dəməqalənin tədqiqat obyektinin əsasını Z.Freydin qurucusu olduğu psixoanalizvə din təşkil edir. Mövzunu daha dərindən təhlil etmək məqsədilə məqalədə Freydin yaşadığı mühit, psixologiyaya gətirdiyi yeniliklər, habelə din haqqındakı nəzəriyyələrini əhatə edən mənbələrdən istifadə olunmuşdur. Onun dinlə əlaqəli fikirləri “Totem və tabu” başda olmaqla bir çox əsərində öz əksini tapmışdır. Məhz bu mənada, “Totem və tabu” əsərinin seçilməsinin də xüsusi səbəbi vardır. Yazıldığı tarixdən yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, “Totem və tabu” əsəri bu gün də psixoanalizin klassik kitablarından sayılır. Freydə görə, tabular tanrılardan da qədim tarixə malikdir. O, bəşəriyyətin zaman içində üç əsas-animistik, dini və elmi mərhələlərdən keçdiyini iddia edirdi. Freyd bu əsərində özünün psixoanalitik nəzəriyyəsinə əsaslanaraq, insan cəmiyyətinin, mədəniyyət və sivilizasiyanın mənşəyini araşdırmağa çalışmış, habelə əxlaqi, dini və hüquqi normaların yaranması ilə bağlı özünün yeni nəzəriyyəsini yaratmışdır. Məqalədə əsas məqsəd bu fikirlərin doğruluğu, yaxud yanlışlığını ortaya qoymaqdan ibarət deyil, Freydin özünəməxsus şəkildə din ilə psixoanaliz arasındakı əlaqəni görməkdir. Bu məqsədlə də Z.Freydin psixoanalitik nəzəriyyəsi tam obyektiv olaraq təhlil edilməyə çalışılmışdır.
Topik & Kata Kunci
Penulis (1)
Günel Mustafayeva
Akses Cepat
- Tahun Terbit
- 2019
- Sumber Database
- DOAJ
- DOI
- 10.30546/n446ee47
- Akses
- Open Access ✓