XX əsrdə Müsəlman dünyasında həmrəylik modeli axtarışları: panərəbizmdən İslam həmrəyliyinədək
Abstrak
Məqalədə XX əsr ərzində Müsəlman dünyasını məşğul etmiş həmrəylik və formaları problemi tədqiq olunur. Göstərilir ki, birləşmə və həmrəylik çağırışları yeknəsəq olmamış, bu və ya digər siyasi hadisənin təsiri ilə fərqli məzmun kəsb etmişdir. Belə ki, başlanğıcda həmrəyliyin əsas ideoloji platforması olaraq millətçilik panərəbizm seçilmiş, 1950-1970-ci illərdə bu ideologiya sosializm ideyaları ilə çulğalaşmışdır. Həm daxili, həm də xarici səbəblərdən həmrəyliyin millətçi forması müvəffəqiyyətsizliyə uğramış, yerini başqa ideoloji baza axtarışına vermişdir. 1970-ci illərdən etibarən, din həmrəylik çağırışlarında əsas müraciət olunan konsepsiya halına gəlmiş, ilk mərhələdə millətçiliklə birlikdə addımlamış, nəhayət, nasirçiliyin iflasından sonra millətçi ideyalardan sıyrılaraq təkbaşına həmrəylik formalaşdırmaq iddiası ilə çıxış etmişdir. Nəticə etibarilə XX əsrin 70-ci illərindən başlayaraq, xüsusən ərəb ölkələrində qeyri-dini ideologiyaların millətçilik və sosializmin ərəbləri birləşdirmədə, Fələstin münaqişəsinin həllində iflasa uğramasından sonra, İslam həmrəyliyi aktuallıq kəsb etmişdir. Birgə fəaliyyətin zəruriliyini dərk edən hökumət dairələri yeni əsasa söykənəcək birlik və həmrəylik forması haqqında düşünmüş, ideoloji bazasını İslamın əmələ gətirdiyi həmrəylik modelini işləyib-hazırlamışlar. Tarixi təcrübənin diktəsi və qeyri-islam ideyalarının vəhdəti təmin etmədə qənaətbəxş olmaması İslamın ərəb-müsəlman ölkələrinin növbəti mərhələdəki həmrəyliyində əsas rol oynamasına səbəb oldu. Müəllif qeyd etmişdir ki, İslam həmrəyliyi ideoloji baza olaraq islam nöqteyi-nəzəri, ümmət və qardaşlıq konsepsiyalarına söykənir, nəzəri olmayıb, həm də müxtəlif illərdə yaradılmış ayrı-ayrı qurumlarda öz əməli təsdiqini tapmışdır.
Topik & Kata Kunci
Penulis (1)
Elvüsal Məmmədov
Akses Cepat
- Tahun Terbit
- 2019
- Sumber Database
- DOAJ
- DOI
- 10.30546/mz63vz14
- Akses
- Open Access ✓