DOAJ Open Access 2018

Dini fundamentalizmin təşəkkülü və ideoloji əsasları: xristianlıq və islam kontekstində

Asəf Qənbərov

Abstrak

Bu məqalədə dini fundamentalizm və radikalizmin Xristianlıq və İslam dini kontekstində təşəkkül tapması və onun ideoloji əsasları tədqiq edilmişdir. Dini fundamentalizm xristian yevangelizm hərəkatı kimi meydana gəlsə də, daha sonra bu xarakteristikaya uyğun gələn digər dini cərəyanlar üçün də istifadə edilmişdir. İslami dini hərəkatların fundamentalizmlə əlaqələndiriliməsi mübahisələrə səbəb olmuşdur. İslam dini özünəməxsus dini-etiqadi təlimləri və təşkilati quruluşu baxımından xristian yevangelizmindən fərqlənir. Belə ki, Kitabi-Müqəddəsin literal izahı, qüsursuzluğu, tarixi faktları ehtiva etməsi və s. fundamentalist ideyalar Xristian dini ənənəsində marginallığı təmsil edir. Halbuki İslamda dinin əsas mənbələrinə Quran və Sünnəyə eyni aspektdən yanaşmaq mümkün deyildir. Müsəlmanların böyük əksəriyyəti İslamın müqəddəs mətnlərinin dəyişikliyə uğramadığına, qüsursuz və faktiki məlumatları ehtiva etdiyinə etiqad edir. Buna baxmayaraq, siyasi aktivliyi ilə seçilən dini hərəkatlar siyasi islam və ya islami aktivizm termini ilə ifadə edilmişdir. Bunlara, əsasən, Seyyid Qütb, Mövdudi və Ayətullah Xomeyninin siyasi-dini ideologiyaları əsasında yaranmış dini cərəyanları daxil edirlər. Siyasi islam, eyni zamanda, radikal dini cərəyanların meydana gəlməsinə müəyyən dərəcədə təsir göstərmişdir.

Penulis (1)

A

Asəf Qənbərov

Format Sitasi

Qənbərov, A. (2018). Dini fundamentalizmin təşəkkülü və ideoloji əsasları: xristianlıq və islam kontekstində. https://doi.org/10.30546/fsyvr015

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/fsyvr015
Informasi Jurnal
Tahun Terbit
2018
Sumber Database
DOAJ
DOI
10.30546/fsyvr015
Akses
Open Access ✓