DOAJ Open Access 2019

İslam etiqadına görə “Qurani-Kərim”

Əlirza Qafarov

Abstrak

İnsan öz fitrəti etibarilə məqsəd və hədəfini müəyyən etməyə can atır. Dünyaya gəlmə səbəbini və həyatda nail olmağa çalışdığı hədəfini araşdıran insan bəzi mövzulara vaqif olub suallara cavab verə bilsə də, mənəvi yöndən bəzi boşluqları, sadəcə, Allahın göndərdiyi din ilə doldura bilmişdir. İslam dininin insana yön verməsi, ona yeni hədəflər qazandırması vəhy yolu ilə olmuşdur. İnsanın bilik əldə etməsinin müxtəlif yolları mövcuddur. Bunlardan ən mühümlərindən biri də vəhydir. Bu baxımdan, “Qurani-Kərim” həyatda özünə yer tapması üçün insana köməklik göstərən ilahi kitab hesab olunur. Allah tərəfindən ilahi vəhy olaraq göndərilən “Qurani-Kərim”, sadəcə, dini yaşamaq mövzusunda deyil, eyni zamanda, insanın unutduğu, yaxud gözardı etdiyi əxlaq, hüquq, tarix mövzularında da bir çox məsələlərə toxunmuşdur. Quran həm nazil olduğu dövrdə, həm də müasir dövrümüzdə istər üslubu baxımından, istərsə də mövzuları baxımından cəlbedicidir. Eyni zamanda, İslam düşüncəsində təkraredilməzliyi ilə möcüzə olaraq qəbul edilmişdir. Məqalədə vəhyin mahiyyəti, Quranın nazil olması və başa düşülmə yolları haqqında qısaca bəhs edilmiş, mövzuya aydınlıq gətirmək üçün bəzi nümunələr verilmişdir.

Penulis (1)

Ə

Əlirza Qafarov

Format Sitasi

Qafarov, Ə. (2019). İslam etiqadına görə “Qurani-Kərim”. https://doi.org/10.30546/940cv394

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/940cv394
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
DOI
10.30546/940cv394
Akses
Open Access ✓