Əli bəy Hüseynzadənin dünyagörüşündə türkçülüyün və islamçılığın nəzəri-fəlsəfi əsasları
Abstrak
Məqalədə, ilk növbədə, Ə.Hüseynzadənin “türkçülük, islamçılıq və müasirlik”ideyası ilə bağlı fikirləri öz əksini tapmışdır. Onun türklük və islamlığı hansıanlamda vəhdətdə götürməsinin səbəbləri göstərilmişdir. Eyni zamanda, buradaƏ.Hüseynzadənin nədən “osmanlı türkçülüyü” ideyasını müdafiə etməsinin nəzərifəlsəfi əsasları da araşdırılmışdır. Məqalədə göstərilir ki, Ə.Hüseynzadə “türkçülükislamçılıq və müasirlik” və “osmanlı türkçülüyü” ideyalarını irəli sürməklə nəinkiAzərbaycan türkçülüyü ideyasına qarşı olmuş, əksinə, Azərbaycan milli ideyasının(azərbaycançılığın) nəzəri-fəlsəfi əsaslarının formalaşmasında təkanverici roloynamışdır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağıda Ə.Hüseynzadənin ideyaları əsasında qəbul edilmişdir. Məqalədə o da qeyd olunurki, Ə.Hüseynzadə yalnız Azərbaycan türkləri üçün deyil, bütün Türk Dünyasımiqyasında dəyərli bir mütəfəkkir olmuşdur.
Topik & Kata Kunci
Penulis (1)
Faiq Ələkbərli
Akses Cepat
- Tahun Terbit
- 2018
- Sumber Database
- DOAJ
- DOI
- 10.30546/55sxhb69
- Akses
- Open Access ✓