DOAJ Open Access 2024

Əxbarilik: Səfəvilər dövründə mötədil və mütəşəddid (qatı) əxbarilər

Məhəmməd Məmmədov

Abstrak

Məqalə qədim və müasir mənbələrdən istifadə edilərək qələmə alı­nıb. Məqalənin yazılma məqsədi əxbariliyi və onun Səfəvilər dövləti za­manındakı mötədil və qatı mövqeyə sahib olan nümayəndələrindən bəzilərinin tədqiq edilməsidir. Bu mövzuda məlumatların azlığı mövzunun tədqiqində olan elmi yenilikdir. İslamın düşüncə məktəblərindən biri olan əxbarilik hicrətin IV əsrində – İmam Mehdinin (ə) böyük qeybət dövründə formalaşmış və bir neçə mərhələ keçdikdən sonra, hicrətin X-XI əsrlərində sistemləşmişdir. Əxbarilər daha çox hədisə (əxbara) önəm verdikləri üçün “Əxbari” olaraq adlandırılmışlar. İlk əxbarilər, əsasən, Şeyx Saduq – əl-əvvəl, Şeyx Saduq – əs-sani və Şeyx Küleyni sayılırlar. Onlar əxbari mövqeyinə və bəzi fərqli fikirlərə sahib olmaqla yanaşı, şiənin önəmli mənbə kitablarından bəzilərini qələmə almışlar. İlk əxba­rilərdən bir müddət sonra bu düşüncə məktəbi zəifləmiş, beləliklə, yerini “üsulilik” adlandırılan və əxbariliyin tam əksi olan düşüncə məktəbinə ver­mişdir. Üsuli düşüncə istiqaməti Azərbaycanda Səfəvilər dövləti hakimiyyətdə olduğu dövrdən başlayaraq, Məhəmməd Əmin əl-Əstərabadinin ortaya çıxması, əxbariliyi sistemləşdirərək bu düşüncə məktəbinin yeni­dən alimlər arasında yayılmasına və hakim olmasına gətirib-çıxarınca­yadək davam etmişdir. Əstərabadi “Fəvaidul-mədəniyyə” əsərində əxbariliyi sistemləşdirmişdir. Bu əsər əxbarilərin əsas kitablarından birinə çevrilmişdir. Əstərabadi ilə yenidən hakim olan əxbari düşüncəyə malik alimlərdən bəziləri ilk əxbarilərdən fərqli olaraq qəti mövqe tutmuş və üsuli alimlərlə sərt mübahisələr yaşamışlar. Bununla yanaşı, Səfəvilər dövründə yenidən sistemləşən əxbariliyin Əstərabadidən sonrakı nü­mayəndələrinin çoxu mötədil yol izləmişdir. Onlardan ən məşhurları isə – Əllamə Məhəmməd Baqir əl-Məclisi və Şeyx əl-Hürr əl-Amili olmuşlar. Əstərabadidən fərqli olaraq bu şəxslərin üsuli-üləma ilə münasibətləri bir qədər yumşaq idi. Bununla yanaşı, üsuli alimlərini tənqid etməkdən və onlara qarşı dəlil gətirməkdən də geri qalmırdılar. Əstərabadidən sonra, onun yenidən dirçəltdiyi əxbarilikdən təsirlənən olmamış, onun qatı mövqeyindən, təəssübkeşliyindən və sərt müamiləsindən təsirlənənlər də olmuşlar. Onlardan biri – Əstərabadidən daha qatı və təəssübkeş olan Abdulla əs-Səmahici olmuşdur. Mötədil və qatı mövqeyə sahib olan əxbari alimlərindən Hürr əl-Amili və Abdullah əs-Səmahici üsulilərlə əxbarilər arasında olan fərqi özlərinin “Fəvaidut-tusiyyə” və “Munyətul-mumarisin” adlı əsərlərində ortaya qoymuşlar.

Penulis (1)

M

Məhəmməd Məmmədov

Format Sitasi

Məmmədov, M. (2024). Əxbarilik: Səfəvilər dövründə mötədil və mütəşəddid (qatı) əxbarilər. https://doi.org/10.30546/3006-2772.2011.064

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/3006-2772.2011.064
Informasi Jurnal
Tahun Terbit
2024
Sumber Database
DOAJ
DOI
10.30546/3006-2772.2011.064
Akses
Open Access ✓