DOAJ Open Access 2023

Karl Rocersin bioqrafiyası və Mənlik nəzəriyyəsi

Şəms Ağazadə

Abstrak

Müasir psixologiya tarixinin formalaşmasında bir sıra cərəyan olub ki, bunlardan biri də humanistik psixologiyadır. Abraham Maslov və Rocers – bu iki şəxsiyyət birlikdə humanistik psixologiyanın banilərindən hesab olunurlar. Onların birgə əməyi sayəsində humanistik psixologiya sistemli vəziyyətə gəlmişdir. Rocers Mənlik nəzəriyyəsini şəxsiyyətin quruluşu­nun mühüm tərkib hissəsi hesab edirdi. Rocers üçün əsas olan “şəxsiyyət nəzəriyyəsi” mənlik və ya “mənlik” anlayışıdır. Bu, “özü haqqında mütəşəkkil, ardıcıl qavrayışlar və inanclar toplusu" kimi də müəyyən edi­lir. “Mən” – bir insan olaraq həqiqətdə kim olduğumuzu ifadə edən huma­nist termindir. Mənlik – daxili şəxsiyyətimizdir; onu ruha və ya Freydin psixikasına bənzətmək mümkündür. Mən – insanın həyatında keçirdiyi təcrübələrdən və bu praktikaların şərhlərindən təsirlənir. Mənlik anlayışı­mıza təsir edən iki əsas mənbə – uşaqlıq təcrübələri və başqaları tərəfindən qiymətləndirmədir. Rocersə görə, biz – öz imicimizə uyğun olan və necə olmaq istəyimiz, ideal mənliyimizi əks etdirən tərzi duymaq, təcrübə etmək və davranmaq arzumuzdur. Özümüz haqqında təsəvvürümüz və ideal mənliyimiz bir-birinə nə qədər yaxındırsa, bir o qədər ardıcılıq, uyğun gəlirik və özümüzə dəyərvermə duyğumuz da bir o qədər yüksəkdir. Rocersə görə, özümüz haqqında necə düşünməyimiz, özümüzə dəyərvermə duyğumuz – həm psixoloji sağlamlıq, həm də həyatda məqsəd və ambisiyalarımıza nail olmaq, özünüreallaşdırabilmə ehtimalımız üçün əsas əhəmiyyət kəsb edir. Özünədəyər çox yüksəkdən-çox aşağıyadək bir davamlılıq kimi görünə bilər. Karl Rocers üçün yüksək özünəinamlı, yəni özünəinamı və müsbət hissləri olan, həyatda çətinliklərlə üzləşən, uğursuzluqları və bədbəxtlikləri bəzən qəbul edən, insanlara açıq olan şəxsdir.

Penulis (1)

Ş

Şəms Ağazadə

Format Sitasi

Ağazadə, Ş. (2023). Karl Rocersin bioqrafiyası və Mənlik nəzəriyyəsi. https://doi.org/10.30546/3006-2772.2011.035

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/3006-2772.2011.035
Informasi Jurnal
Tahun Terbit
2023
Sumber Database
DOAJ
DOI
10.30546/3006-2772.2011.035
Akses
Open Access ✓