DOAJ Open Access 2024

Depressiya və dinin ona təsiri

Ənvər Hüseynov

Abstrak

Müasir cəmiyyətin aktual mövzularından biri olan depressiv po­zuntu bir çoxunun əziyyət çəkdiyi psixoloji xəstəlikdir. Məqaləni yaz­maqda əsas məqsədimiz depressiyanın müalicəsində dinin roluna nəzər salmaq və xəstəliyi aradan qaldırmaq yollarını araşdırmaqdır. Mövzumuzun əsas obyekti isə yaş həddindən asılı olmayaraq, depres­siyadan əziyyət çəkən şəxslərdir. Müasir zamanda bu psixoloji xəstəliyə tutulan insanların artım sayı müşahidə olunur. Yazımızda depressiyanın tarixinə nəzər salınmışdır. Həmçinin tarixi şəxslərin bu xəstəlik haqqında görüşlərinə də baxış keçirilmişdir. Məqalədə depres­siya haqqında, həmçinin onun alt halları sayılan, ana olandan sonrakı dövrün durğunluğu, xəstəlik zamanı yaranan düşkünlük və onun digər təzahür formaları izah edilmişdir. Qeyd edək ki, yazıda, eləcə də depressiv və bipolyar pozuntu halları haqqında da geniş məlumat verilib. Həmçinin tədqiqatımızda psixoloji halların xüsusiyyətləri, onun yaranma səbəbləri, xəstəliyin ge­dişatı və bir çox digər məqamlar da araşdırılmışdır. Bu psixoloji xəstəliklərin, eyni zamanda, müasir müalicə metodları da təhlil edilmiş­dir. Məqalədə müalicə üsulları kimi, klinik, terapevtik, fizioloji və başqa maraqdoğurucu metodlardan bəhs edilmişdir; məsələn: musiqi terapi­yası, pastoral terapiya, maqnit dalğası terapiyası və s. Din – insan həyatının ayrılmaz bir fenomenidir. Məqalədə dinin depressiyaya təsiri haqqında yazılara, araşdırmalara nəzər yetirilib. Depressiyanın müalicəsində din fenomeninin təsiri araşdırılıb, onun psixoloji-fizioloji metodlarla müalicə üsulları izah olunub. Elmi araşdır­malar göstərir ki, dindar şəxslərdə depressiv hallar daha az müşahidə olunur. Psixotrop maddələrə aludə olan şəxslərin müalicəsi zamanı din müsbət təsir göstərir. Din onlara mənəvi dayaq rolunu oynayır, insanı sağlam həyat sürməyə təşviq edir. Bu kimi amillər insan psixologiyası­na müsbət iz buraxır.

Penulis (1)

Ə

Ənvər Hüseynov

Format Sitasi

Hüseynov, Ə. (2024). Depressiya və dinin ona təsiri. https://doi.org/10.30546/3006-2772.1011.05

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/3006-2772.1011.05
Informasi Jurnal
Tahun Terbit
2024
Sumber Database
DOAJ
DOI
10.30546/3006-2772.1011.05
Akses
Open Access ✓