DOAJ Open Access 2024

Beyzavinin “Ənvar ət-tənzil və əsrar ət-təvil” əsərində bəzi ehkam ayələrinin təfsir metodu (Təmizlik və ibadət kontekstində)

Ənvər Mustafayev

Abstrak

Nasirəddin Əbu Səid Abdullah ibn Ömər ibn Məhəmməd əl-Bey­za­vi­nin məşhur təfsir əsəri olan “Ənvar ət-tənzil və əsrar ət-təvil”  yazı üs­lu­bu baxımından ecazkarlıq nümunələrindən hesab edilir. İslami elm­lər­lə bağlı bir çox əsər yazan alim dərin elmi biliyə malik olmuşdur. O, fiqh və fiqh üsulu kimi əqli elmlərdə də məşhur olmuşdur. Bu ba­xım­dan, alim ibadət, davranış, əxlaq, halal və haram kimi mövzuları əhatə edən fiqhi, yaxud  ehkam ayələrinin təfsirində  öz bacarığını gös­tər­miş­dir. Mənası hər kəs tərəfindən aydın olan, heç bir təfsirə və izaha eh­ti­yac olmayan ehkam ayələrinin sayı haqqında müxtəlif fikirlər səs­lən­di­ri­lir.          Təmizlik və ibadət kimi ayinlər insanın Yaradıcı qarşısında yerinə yetirməsi vascib olan önəmli öhdəliklərindən hesab edilir. Məhz bu mə­qa­lədə  ehkam ayələri baxımından Beyzavi təfsirində yer alan dəs­tə­maz, qüsl və təyəmmüm kimi təmizlik, eləcə də ibadətlərin əsası və sü­tu­nu olan namaz mövzularına toxunulub. Mövzuların işlənməsində təs­vi­ri üslubdan istifadə edilmiş, müfəssirin təmizlik və ibadət kimi mə­sə­lə­lər­lə bağlı təfsiri tədqiqat obyektinə çevrilmişdir.          Beyzavi bu kimi ayələri təfsir edərkən özündən əvvəl gələn alim­lə­rin metod və yolunu izləmiş, mənsubu olduğu şafei məzhəbinə üs­tün­lük vermişdir. Müfəssir ayələrin təfsirində hər hansı məsələdə  digər alim və məzhəb imamlarının fikir və düşüncələrini nəql edərkən, on­la­rın dəlillərini də qeyd etmişdir (Beyzavi bu kimi düşüncə və dəlilləri nəql edərkən “qilə”  (deyildi), “ruviyə” (rəvayət edildi) səpkili feilləri məc­­hul növdə işlətmiş, həmin məzhəb və ya alimlərin adlarını qeyd etməmişdir.  Bundan başqa o, qeyd edilən ehkam ayələrinin təfsirində fi­kir­lərini təsdiqləmək üçün digər ayələrdən, eləcə də hədis, icma və qi­yas kimi önəmli mənbələrdən nümunələr gətirmişdir. Beyzavi, həm­çi­nin  kəlmələrin tələffüzündə müxtəlif qiraət imamlarının oxunuşuna da to­xunmuş, təfsir etdiyi ayələrə zənginlik gətirmişdir.

Penulis (1)

Ə

Ənvər Mustafayev

Format Sitasi

Mustafayev, Ə. (2024). Beyzavinin “Ənvar ət-tənzil və əsrar ət-təvil” əsərində bəzi ehkam ayələrinin təfsir metodu (Təmizlik və ibadət kontekstində). https://doi.org/10.30546/3006-2772.1011.019

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber doi.org/10.30546/3006-2772.1011.019
Informasi Jurnal
Tahun Terbit
2024
Sumber Database
DOAJ
DOI
10.30546/3006-2772.1011.019
Akses
Open Access ✓