DOAJ Open Access 2019

Şeyx Məhəmməd Xiyabaninin sosial-fəlsəfi və ictimai-siyasi görüşləri

Faiq Ələkbərli

Abstrak

Məqalədə Şeyx Məhəmməd Xiyabaninin sosial-fəlsəfi və ictimai-siyasi görüşləri təhlil olunmuşdur. Xiyabaninin sosial-fəlsəfi baxışlarını yeniləşmə, yeni bir mədəniyyət mərhələsinə daxil olmaq təşkil edir. Xiyabani fərd və cəmiyyətin bir-birinə bağlılığı, yəni ayrı-ayrı fərdlərin kollektiv halda birləşib ümumi ruhu ifadə etməsi məsələsini müzakirə obyektinə çevrir. Onun bu fəlsəfəsinə görə, fərdlər daim “xalqın vicdanı” olamalıdır ki, xalq köləliyə və səfalətə sürüklənməsin. Bu anlamda, “xalqın vicdanı”nı hər zaman ayaqüstə saxlamaq üçün yeri gəldikdə onun nöqsanlarını göstərməyi də bacarmaq lazımdır. Xiyabaniyə görə, nöqsanlarını göstərməklə hər hansı xalqı aşağılamaq da, onu yüksəklərə qaldırmaq mümkündür. Xiyabaninin fəlsəfəsində fərdin hər cür qorxu və köləliyi içində öldürüb, cəsarətlə və igidliklə millət, Vətən yolunda özünü şəhid etmək əsas yer tutur. O, özü də məhz bu fəlsəfənin bariz daşıyıcısı kimi, Vətən və millətin azadlığı uğrunda şəhid olmuşdur. Deməli, Xiyabaninin ictimai-siyasi görüşlərinin əsasında fərdlərin və cəmiyyətin azadlığı ideyası mühüm yer tutmuşdur. Məqalədə Xiyabaninin ictimaisiyasi ideyalar (milli azadlıq, insan azadlığı, milli mədəniyyət, dünyəvi mədəniyyət) uğrunda fəal şəkildə mübarizə aparması hərtərəfli şəkildə şərh olunmuş, xüsusilə də Qacarlar dövlətinin tənəzzülü dövründə Güney Azərbaycan xalqının apardığı mübarizədə Xiyabaninin müstəsna rolu tədqiq edilmişdir.

Penulis (1)

F

Faiq Ələkbərli

Format Sitasi

Ələkbərli, F. (2019). Şeyx Məhəmməd Xiyabaninin sosial-fəlsəfi və ictimai-siyasi görüşləri. https://journal.ait.edu.az/daj/article/view/69

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
Akses
Open Access ✓