DOAJ Open Access 2019

İslam hüququnda “Xüms”

Əhməd Niyazov

Abstrak

İslam hüququ (fiqh) mənbələr baxımından zəngindir. Birinci növbədə Müqəddəs Kitab Qurani-Kərim, Həzrət Peyğəmbərin sünnəsi, icma (istişarənin dəlil üzərində həmfikir olması) və ağıl/qiyas (analogiya) hüquqi qaynaqların əsasını təşkil edir. Digər cəhətdən, İslam alimlərinin doktrinaları (ictihadlar) bu hüququn önəmli qaynaqlarından hesab edilir. Dinin ehkamı haqqında fərqli yanaşmaları ifadə edən bu doktrinalar həm də məzhəblərin təşəkkülündə xüsusi rol oynamışdır. Ayə və hədislərə fərqli baxış və onun hüquqi aspektlərdən fərqli izahı dini hüququn daha çox məzhəblər əsasında öyrənilməsinə gətirib çıxarmışdır. Belə doktrinalardan biri İslam alimlərinin xüms (beşdəbir) haqqında verdikləri hökmlərdir. “Ənfal” surəsinin 41-ci ayəsidə keçən “qənimətin beşdəbiri” ifadəsi alimlər tərəfindən fərqli təfsir edilərək, bu mövzuda ictihadların iki ayrı formada şaxələnməsinə gətirib çıxarmışdır. Bu da özlüyündə dini ehkamın fərqli formada şəkillənməsinə və fiqh ədəbiyyatında xüms haqqında fərqli mülahizə və təmayüllərin ortaya çıxma səbəbi olmuşdur. Məsələnin doktrinal baxımdan analitik təhlili elmi araşdırmalara töhfə verəcəyi qədər məzhəblərin də müqayisəli şəkildə öyrənilməsində faydalı olacağı qənaətindəyik.

Penulis (1)

Ə

Əhməd Niyazov

Format Sitasi

Niyazov, Ə. (2019). İslam hüququnda “Xüms”. https://journal.ait.edu.az/daj/article/view/70

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
Akses
Open Access ✓