DOAJ Open Access 2019

İslam düşüncəsində kamil insan konsepsiyasının aktuallığı

Ələddin Məlikov

Abstrak

“Kamil insan” konsepsiyası irfan və transsendental fəlsəfənin ontologiyasının əsas predmetlərindən biri olub, İbn Ərəbi və Sədrəddin Şirazinin fəlsəfi dünyagörüşündə geniş müzakirə obyektinə çevirilmişdir. Bu konsepsiya irfanda ilk dəfə İbn Ərəbi tərəfindən irəli sürülmüşdür. İbn Ərəbiyə görə kamil insan haqqın bütün isimlərinin təcəllasıdır. İbn Ərəbinin nəzərincə, kamil insan yaradılışın mükəmməl modelidir. Sədrəddin Şirazi fəlsəfəsində kamil insan aləmlə-insanlar arasında ilahi feyz vasitəsi kimi xarakterizə olunur. O, varlığın obyektivliyi nəzəriyyəsi əsasında, kamil insanın aləm və insanla əlaqəsi haqqında İbn Ərəbidən fərqli fikirlər irəli sürür. O, kamil insanı təbiət aləmi və metafizik aləm arasındakı əlaqələndirici hesab edir. Ona görə, kamil insan insan və aləm arasında harmoniya yaradır. Bu məqalədə İbn Ərəbi və Sədrəddin Şirazinin insan və kamil insana dair nəzəriyyələrini təsvir, təhlil, müqayisə və bəzən də tənqid edərək, mövzunu nəzərdən keçirmişik. Nəticə olaraq, bu xüsusda Sədrəddin Şirazinin İbn Ərəbidən fərqli fikir irəli sürdüyünü göstərmişik.

Penulis (1)

Ə

Ələddin Məlikov

Format Sitasi

Məlikov, Ə. (2019). İslam düşüncəsində kamil insan konsepsiyasının aktuallığı. https://journal.ait.edu.az/daj/article/view/68

Akses Cepat

PDF tidak tersedia langsung

Cek di sumber asli →
Lihat di Sumber
Informasi Jurnal
Tahun Terbit
2019
Sumber Database
DOAJ
Akses
Open Access ✓